Türkmənistan da İranla sərhədini tamamilə bağladı
Fevral 24
18:12
2020
İranda Covid-19 virusunun yayılması ilə bağlı Türkmənistan da bu ölkə ilə sərhədlərini tamamilə bağladığını elan edib.
Virtualaz.org "Türkmənistan xronikası”ına istinadla xəbər verir ki, ölkənin İranla sərhədi yüklərin və insanların keçidi üçün tamamilə bağlanıb. İranla sərhəddəki Kaaxka və Qızıl Arvata sərhəd-keçid məntəqələrində növbə çəkən türkmən sərhədçiləri qoryucu tibbi maska və respiratorlar istifadə edir.
Türkmənistana ərzaq malları əsasən İrandan daşındığına görə hakimiyyət tapşırıq verib ki, bazarlarda və mağazalarda ərzaq mallarının bahalaşmasına imkan verilməsin, hökumət idxal edilən ərzaqların qıtlaşmasına qarşı tədbirlər görsün.
Xatırladaq ki, bundan əvvəl Türkiyə, Ermənistan, Əfqanıstan və İraq da İranla sərhədlərini bağlayıb.
Azərbaycan isə hələlik sərhəddə "nəzarəti gücləndirməklə” kifayətlənir.