SON XƏBƏR

Türkiyəyə qarşı sanksiyaya Almaniyadan sərt cavab: “Bu, suverenliyimizə təhqirdir”

Dekabr 13
14:11 2019
ABŞ-ın "2020 Milli Müdafiə Avtorizasiya Aktı'' olaraq bilinən müdafiə büdcəsinə "Şimali axını-2” layihəsi və Türkiyəni də yaxından maraqlandıran "Türk axını” layihəsinə sanksiya tətbiq olunması da əlavə edilib.

Qaynarinfo xəbər verir ki, dekabrın 11-də Nümayəndələr Palatasında "Şimal axını-2” və "Türk axını” qaz boru kəməri layihələrinə sanksiya tətbiq edilməsi haqqında bir müddəanı əhatə edən 2020-ci il ABŞ müdafiə büdcə layihəsi Respublikaçılar və Demokratlar tərəfindən təsdiq edilib.

Almaniyadan sərt reaksiya

ZDF kanalına açıqlama verən Almaniya Xarici İşlər naziri Heiko Mass sanksiya tələbiylə bağlı ABŞ rəsmiləri ilə fikir mübadiləsi apardıqlarını bildirib.

"Bunun qəbuledilməz olduğunu düşünürük. Çünki bu cür hərəkətlər son nəticədə Avropada verilən qərarlara təsir göstərir”, - Mass deyib.

"Suverenliyimizə təhqirdir” 

Alman İqtisadi Komitəsi də "Şimal axını-2” layihəsinə qarşı tətbiq olunan sanksiyalar barədə çox sərt açıqlamalar verib.

"Bu sanksiyaların həyata keçirilməsi transatlantik münasibətlərə ciddi təzyiq yaradacaq. Bu, Avropanın suverenliyinə təhqir, yolverilməz müdaxilədir”, - sanksiya tələbləriylə bağlı Komitənin açıqlamasında qeyd edilib.

Almaniya Bundestaqında Sol Partiyadan millət vəkili Klaus Ernst isə Almaniya hökumətinin mövcud olan bütün diplomatik və məqsədyönlü tədbirlər görməli olduğunu və ABŞ-ın "Şimal axını” ilə bağlı sanksiya təhdidinə dərhal reaksiya verməsi gərəkdiyini vurğulayıb. 

Şimal-2 axını

Layihə Rusiya sahillərindən başlayıb Baltik dənizindən Almaniyaya qədər ildə ümumi gücü 55 milyard kubmetr olan iki qaz kəmərinin inşasını əhatə edir. Boru kəməri quru və dəniz ərazilərindən Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın xüsusi iqtisadi bölgələrindən keçir.

Ukrayna Rusiya qaz tranzitindən əldə edilən gəlirlərini itirmək qorxusu ilə aktiv şəkildə "Şimal axını-2" layihəsinə qarşı çıxır. Polşa, Latviya və Litva kimi ölkələrlə yanaşı, LNG ixracının Avropaya satılmasını təşviq edən ABŞ da bu layihəyə qarşıdır. 

"Türk axını” layihəsi 

"Türk axını” layihəsi isə gücü 15,75 milyard kubmetr olan iki boru kəmərinin inşasını nəzərdə tutur. Təbii qaz boru xəttinin Cənub-Şərqi Avropa ölkələrinin qaz tədarükünü qarşılaması üçün Rusiya qazının Türkiyə üzərindən daşınmasını nəzərdə tutur.

Rusiyanın "Qazprom” şirkəti Yunanıstan, İtaliya, Bolqarıstan, Serbiya və Macarıstanı bu xətlə axacaq qaz üçün bazarı olaraq görür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook