SON XƏBƏR

Türkiyəyə qarşı oyun: - YPG-Əsəd ittifaqının məqsədi...

Fevral 21
10:23 2018
PYD-YPG terror qruplaşması ilə Əsəd rejimi arasındakı danışıqların mərkəzində Afrin deyil, Tel Rıfat dayanır.

Axar.az xəbər verir ki, bu barədə "Star” qəzeti yazıb.

Məlumata görə, Türkiyəyə qarşı çirkin plan hazırlayan qüvvələrin hədəfində Afrin deyil, Tel Rıfatın dayanması ABŞ-dan gələn dəstəyin geri qaytarılmasına hesablanıb. Belə ki, PKK Menbiçdən ABŞ-ın göndərdiyi silahları Əsəd rejiminin nəzarətindəki Nubl və Zəhra ərazilərindən Afrinə daşımağa davam etsə də, bunu öz nəzarətindəki Tel Rıfatda edə bilmir. Çünki türk ordusunun ərazidə müəyyən aktivlik müşahidə edən kimi təşkil etdiyi davamlı hücumları terrorçulara göz açmağa imkan vermir. Belə olan halda isə ərazinin rejimin nəzarətinə keçməsi buradan fasiləsiz yardım, silah-sursat axınında terrorçulara zəmanət verilməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, Türkiyənin Afrinin mərkəzini terrorçulardan təmizlədikdən sonra Tel Rıfata hücum etməsi gözlənilir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook