Türkiyənin yeni hücum təyyarələri ilk uçuşunu gələn il edəcək
May 12
00:37
2022
Türkiyə istehsalı olan "Hurjet" döyüş təyyarəsi ilk uçuşunu gələn il edəcək. "Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.
Onun sözlərinə görə, təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır.
"2023-cü il milli döyüş təyyarələrimizin anqardan çıxıb ilk uçuşunu həyata keçirəcəyi tarixdir", - İ.Dəmir bildirib.
Bundan əvvəl Dəmir qeyd edib ki, "Hurjet" xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil F-35 qırıcısını keçəcək.