"Türkiyənin nəyi varsa, Azərbaycan da onlara sahibdir" - Müdafiə Sənayesi İdarəsinin rəhbəri
Oktyabr 25
15:16
2022
"Türkiyənin nəyi varsa, Azərbaycan da onlara sahibdir". Bunu "Report"un yerli bürosuna açıqlamasında İstanbulda keçirilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisində ziyarət edən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.
Onun sözlərinə görə, sərgidə Türkiyənin müdafiə sənayesi potensialının nümayiş edilməsi və müxtəlif əməkdaşlıqların qurulması üçün lazımi mühit mövcuddur: "Tədbir çərçivəsində həm yerli və milli istehsal nümunələri ilə tanışlıq olacaq, həm də dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə şirkətlərlə yeni əlaqələr qurulacaq".
İ.Dəmir iki ölkə arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığa da toxunub: "Bu gün azərbaycanlı qardaşlarımız da burdadırlar. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla davam etdirilir və daha da yüksək səviyyəyə çatdırılacaq". Azərbaycanla Türkiyə arasında da müdafiə sənayesi sahəsində yeni razılaşmaların əldə olunacağı qənaətindəyəm. Türkiyənin nəyi varsa, Azərbaycan da onlara sahibdir. Burada gördüyünüz nələr varsa, onlara Azərbaycan tərəfindən hansısa tələb, ehtiyac olduğu təqdirdə istənilən səviyyədə danışıqlar aparacağıq, bu məsələləri müzakirə edəcəyik".



