"Türkiyənin inkişaf kursu davam edəcək” - Ərdoğan

Noyabr 30
15:02
2022
"Türkiyənin 2022-ci ildə iqtisadi artımı rekord səviyyədə olacaq".
Onun sözlərinə görə, 2023-cü ilə uğurla daxil olacaq Türkiyə Cümhuriyyət müstəqillik tarixinin ikinci yüzilliyi üçün qarşıya qoyulmuş bütün hədəflərə çatmaq əzmindədir.
Türkiyə Prezidenti diqqəti ölkənin son 20 ildə əldə etdiyi uğurlara yönəldib: "AKP-nin iqtidarda olduğu dövrdə ölkəmiz bir əsrlik inkişaf yolu keçib. Bu inkişaf kursu davam etdiriləcək".