Türkiyənin daxili işlər nazirindən açıqlama
Fevral 29
15:49
2016
Türkiyənin daxili işlər naziri Əfqan Ala bu ilin başından bu yana 18 canlı bomba və 3 bomba yüklü avtomobilin saxlandığını açıqlayıb.
Avropa.info xəbər verir ki, daxili işlər naziri Kanal7-də yayımlanan bir proqramda iştirak edərək gündəmə dair sualları cavablandırıb.
Nazir Ankaradakı partlayışdan əvvəl görülən qabaqlayıcı tədbirlərlə bağlı yanlış bir addım atılıb-atılmadı ilə bağlı əməliyyat komissiyası qurulduğunu söyləyib.
"Daxili İşlər Nazirliyi olaraq bütün təhlükəsizlik orqanlarına bu cür hadisələrin baş verə biləcəyinə dair göstəriş vermişik. Bu ilin başından bu günə qədər, 18 terror hadisəsinin qarşısını almışıq. Dörd bomba yüklü avtomobildə 3-nü ələ keçirməyə müvəffəq olmuşuq. Biz vətəndaşın dincliyini təmin etmək üçün çalışırıq. Bizim işimiz elə bundan ibarətdir".
Qlobal.az



