Türkiyənin bu hərəkətini unutmayacağıq – Lavrov
Fevral 04
19:00
2016
Rəsmi Moskva Türkiyənin terrorçulara yardım etməsini heç vaxt unutmayacaq.
AzVision.az `TASS`-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliyanın `Limes` jurnalına müsahibəsində bildirib.
"Biz terrorçulara edilən yardımı unutmayacağıq.
Eyni zamanda biz əsgərlərimizin Suriyada öldürülməsinə görə məsuliyyət daşıyan hazırkı Türkiyə rəhbərliyi ilə Türkiyə xalqı arasında olan köhnə və etibarlı dostlarımız arasında bərabərlik qoymuruq”.



