Türkiyənin beynəlxalq adı dəyişdirilib
İyun 01
01:37
2022
Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib.
"Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında məlumat verib.
Diplomat qeyd edib ki, yeni qərar rəsmi Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımları çərçivəsində qəbul edilib.
"Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkəmizin brendinin nüfuzunu artırmaq üçün başladığımız proses sona çatmaq üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla ölkəmizin xarici dillərdə adını BMT-də "Türkiye” olaraq qeyd edirik. Xeyirli olsun!”, - Çavuşoğlu yazıb.



