Türkiyədən Xocalı bəyanatı
Fevral 26
10:46
2016
Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı bəyanat yayıb.
"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bəyanatda soyqırımı zamanı ermənilər tərəfindən 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla ümumilikdə 613 nəfərin qətlə yetirildiyi bildirilir.
Bəyanatda dasha sonra bildirilir:"Türkiyə olaraq 24 il əvvəl baş verən bu qətliamı hər zaman qəlbimizdə hiss edir, bu acını paylaşırıq. Ermənistan tərəfindən həyata keçirilən bu qətliamı və illərcə davam edən işğalı pisləyirik. Beynəlxalq ictimaiyyət tərəfindən lazımı dəyərini almayan bu hadisədə həyatını itirənlərə rəhmət diləyirik”.
Qlobal.az



