Türkiyədə zəlzələ olub - Çox sayda ölən və yaralananlar var

Fevral 06
09:37
2023
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
"Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.
Zəlzələnin baş verdiyi ərazilərdə dağıntılar var.
Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.
APA-nın məlumatına görə, bunu bu şəhərin meri Zeydan Karalar "Habertürk” telekanalının efirində deyib.