SON XƏBƏR

Türkiyədə yenidən zəlzələ baş verib

Aprel 26
09:02 2018
Türkiyənin şərq bölgəsində 3,4 bal gücündə zəlzələ baş verib.
 
APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
 
Yerli vaxtla saat 04:41-də qeydə alınan yeraltı təkanların episentri Ərzincan şəhərindən 38 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
 
Qeyd edək ki, aprelin 24-də Türkiyənin Adıyaman əyalətində 5,5 bal gücündə zəlzələ olub, 40-dək insan xəsarət alıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook