SON XƏBƏR

Türkiyədə turizm fiaskosu: Qiymətlər bahalaşıb, xidmət zəifləyib...

Dekabr 18
00:04 2024
Türkiyədə otel qiymətləri bahalaşıb. 
 
Qlobal.az xəbər verir ki, sosial şəbəkələrdə son günlər aparılan müzakirələrdən aydın olur ki, Türkiyənin istirahət mərkəzləerində qiymətlərin bahalaşması ilə yanaşı, həm də xidmət səviyyəsi azalıb. 
 
Qiymətlərin bahalaşmasına səbəb kimi Türkiyədə iqtisadi krizisin artması göstərilir. 
 
Maaş azlığına görə istirahət mərkəzlərində çalışan peşəkar işçilər bu sahədən uzaqlaşmaları xidmət səviyyəsinə ciddi təsir göstərir. 
 
Qeyd edək ki, Türkiyənin turizm sektorunda baş verən durğunluğun digər səbəbi isə Rusiya və Ukrayna arasında gedən müharibədir. Hər il Rusiya və Ukraynadan Türkiyəyə gələn turistlərin sayı bu sektorun 55-65 faiz paya sahib olub. Lakin bu göstəricilər hazırda 20-25 faiz nisbətindədir. 
 
Türkiyəyə gələn ərəb turistlərin sayında da ciddi azalmaların olduğu müşahidə edilir.
 
Xatırladaq ki, 2022-ci ildə Türkiyəyə gələn turistlərin sayı 21 milyon nəfəri keçərək rekord həddə yüksəlmişdi.
 
Cahandar Laçınlı
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook