SON XƏBƏR

Türkiyədə terrorçularla atışmada bir zabit həlak olub, xəsarət alan var

May 01
04:41 2022
Türkiyənin Daxili İşlər Nazirliyinin (DİN) cənub-şərqindəki Şirnak vilayətində keçirilən antiterror əməliyyatında 1 zabit həlak olub.

"Report”un məlumatına görə, bu barədə DİN açıqlama yayıb.

Məlumata görə, Şırnak Jandarm Bölgə Komandanlığının koordinasiyası ilə Cudi dağı bölgəsində aprelin 30-da həyata keçirilən əməliyyatda PKK silahlıları ilə atışmada 2 terrorçu zərərsizləşdirilib.

Əməliyyat zamanı jandarm leytenantı İsmayıl Can Akdeniz və çavuş Uğurcan Çakıcı yaralanıb. Xəsarəti ağır olan İsmail Can təyyarə ilə xəstəxanaya çatdırılıb, bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayı. Digər yaralı çavuş Uğurcan Çakıcının müalicəsi davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook