SON XƏBƏR

Türkiyədə qədim fars muzdlularının maaşlarının olduğu qızıl xəzinə tapıldı

Avqust 05
03:49 2024
Türkiyə və ABŞ-dan olan beynəlxalq arxeoloqlar qrupu Türkiyənin qərbində, qədim Yunanıstanın Notion şəhərində qazıntılar zamanı qızıl xəzinə tapıb. Xəzinələrin eramızdan əvvəl 5-ci əsrə aid olduğu ortaya çıxıb. 

Qaynarinfo xəbər verir ki, tədqiqat Miçiqan Universitetinin "otion Archaeological Survey" (NAS) elmi jurnalında dərc olunub.

Alimlər qazıntıdan Fars imperiyasında zərb edilən fars darikləri, qızıl sikkələrlə dolu qab aşkar ediblər. Tarixi mənbələrə görə, bir darık təxminən bir əsgərin bir aylıq maaşına bərabər idi. Arxeoloqlar tapılan darikilərin Notiondan təqribən 97 kilometr aralıda yerləşən Sardisdə buraxıldığına inanırlar.

Tədqiqatçıların fikrincə, çox güman ki, xəzinə gizlədilən və naməlum səbəbdən heç vaxt alıcılarına çatmayan muzdlulara ödəmək üçün pul olub.

Mütəxəssislər hesab edirlər ki, eramızdan əvvəl 430-427-ci illər arasında baş verən hadisələr, afinalıların Notionu farslardan geri alması və fars hakimiyyətinin tərəfdarlarını şəhərdən qovması səbəbindən xəzinənin sahibsiz qalması mümkün idi.

Komanda həmçinin Notionda eramızdan əvvəl 5-ci əsrə aid çoxlu saxsı qab parçaları və digər artefaktlar aşkar edib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook