Türkiyədə polis bölməsinə silahlı hücum olub, 5 nəfər ölüb, 36 nəfər yaralanıb
Yanvar 14
08:36
2016
Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda PKK terrorçuları polis bölməsinə silahlı hücum edib.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular tərəfindən törədilən partlayış nəticəsində mülki vətəndaşlar daxil olmaqla, 13 nəfər yaralanıb.
Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib.
Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.



