SON XƏBƏR

“Türkiyədə pandemiyanın ikinci dalğası gözlənilmir” - Fəxrəddin Qoca

İyun 04
01:26 2020
"Pandemiyanın ikinci dalğa ilə qayıtmasını gözləmirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.

1 iyundan Türkiyənin pandemiya ilə mübarizənin ikinci mərhələsinə daxil olduğunu deyən nazir bildirib ki, evlərdən kənarda sosial həyat nəzarətli və tələblərə uyğun davam etdiyi müddətdə təhlükə gözlənilməyəcək.

Çox iş yerlərinin fəaliyyətə başladığını bildirən nazir deyib ki, idman fəaliyyətində, restoranlarda, bazar və digər satış yerlərində yeni normallaşma qaydalarına riayət etmək vacibdir: "Normallaşma əvvəlki həyat tərzimizə qayıtmaq deyil, sosial məsafə, maska və gigiyenik tələblərə əməl etməklə sosial həyata qatılmaqdır. Restoranlarda 3-4 nəfərin bir arada oturmamasını, alış-veriş mərkəzlərində, geyim mağazalarında 3 saatdan artıq qalmamağı, liftlərdən istifadə edərkən 3 nəfərdən artıq minməməyi tövsiyə edirik”.

Nazir qeyd edib ki, hazırda Türkiyədə həftəsonları küçəyə çıxma qadağası da hazırda gözlənilmir, ancaq bu qərar qarşıdakı iki gündə COVID-19 infeksiyasının yayılma dərəcəsindən asılı olaraq davam edəcək: "Elm Qurumu 65 yaşdan yuxarı və 18 yaşdan aşağı olan vətəndaşlarımızın küçəyə çıxma məhdudiyyətinin aradan qaldırılmasını gələn həftə yenidən müzakirə edəcək”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook