Türkiyədə inflyasiya 70 faizə çatıb
May 06
00:39
2022
337 adda məhsulun orta qiyməti artıb
Türkiyədə inflyasiya 70 faizə yaxınlaşıb.
Apreldə 7.25 faiz artmaqla 69.97 faizə yüksəlib.
Bu, əvvəlki ilin dekabrı ilə müqayisədə 31.71, aprel ayına görə isə 69.97 faiz artım deməkdir.
Ötən ilin 12 aylıq ortalamalarına görə hazırki artım 34.46 faizdir.
Bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) 2022-ci ilin aprel ayı üçün olan istehlak qiymətləri indeksi hesabatında bildirilib.
Ölkədə inflyasiya qlobal enerji qiymətlərindəki artım, milli valyuta olan lirənin zəifləməsi fonunda ərzaq, nəqliyyat və digər vacib ehtiyacların qiymətinin artması ilə müşahidə olunub.
İnflyasiya Araşdırma Qrupu (ENAG) isə açıqlamasında bildirib ki, aprel inflyasiyası 156.86 faiz olub.
Artım özünü geyim və ayaqqabı qiymətlərində 26,23 faiz, təhsil sahəsində 27.73 faiz, səhiyyədə 35.95 faiz göstərib.
Ərzaq və içkilərin qiymətində 89 faiz bahalaşma olub. Ən çox artım isə nəqliyyat qiymətlərində özünü göstərib – 106 faiz.
Ev əşyalarının qiymətlərində isə 77.64 faizlik artım qeydə alınıb.
2022-ci ilin aprel ayında indeksə daxil olan 409 maddədən 27-nin orta qiyməti azalıb, 45-in orta qiyməti isə dəyişməz qalıb.
337 adda məhsulun orta qiyməti də artıb.
İnflyasiya Araşdırma Qrupu aprel ayında istehlak qiymətlərinin aylıq 8.68, illik isə 156.86 faiz artdığını açıqlayıb.(Meydan.tv)