SON XƏBƏR

Türkiyədə edam cəzası bərpa oluna bilər

Mart 28
21:07 2016
Türkiyədə edam cəzası bərpa oluna bilər. Qaynar.info yerli mənbəyə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi təqdim edilib.
 
Layihənin müllifi Milliyətçi Hərakat Partiyasının (MHP) Kayseri millət vəkili Yusuf Halaçoğludur. Onun təklif etdiyi qanun layihəsində uşaqlara qarşı cinsi istismara yol verənlərin ölüm cəzasına məhkum edilməsi nəzərdə tutulub.
 
"Az qala hər gün ölkənin bir yerindən qızların, oğlanların, anaların təcavüzə uğraması, öldürülməsi xəbərini alırıq. 2002-ci ildə bununla bağlı məhkəmələrdə 8146 dosya var idisə, 2011-ci ildə bu say 32988-ə çatıb. Bu rəqəmlər göstərir ki, Türkiyədə cinsi zorakılıq faktları sürətlə artır və bunun qarşısını almaq mümkün deyil. 2014-cü ildə Cinayət Məcəlləsinə dəyişiklik edilərək bu tip cinayətlərə verilən cəzalar iki dəfə artırılsa da, nəticəsi olmayıb" deyə qanun layihəsinin müllifi bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook