SON XƏBƏR

Türkiyədə bu çiçəyi qoparmağa görə cəza 20 min manat oldu

Fevral 15
12:49 2021
Türkiyənin Bursa şəhərində mənfi 12 dərəcə soyuğa baxmayaraq, qar xədicəgülü çiçəkləri boy verməyə başlayıb.

"Haber Global”ın məlumatına əsasən, ətraf mühitin mühafizəsi üzrə müvafiq qanunla qorunan bu çiçəyin qoparılmasına görə cəza 73 min lirədən 80 min lirəyədək artırılıb ki, bu da təxminən 19.330 manata bərabərdir.

Bu ilin ilk çiçəkləri Bursanın Gəmlik ilçəsindəki Narlı məhəlləsinin Dəlməcə yaylasında görünüb. Fotoqraflar baharın ilk müjdəçilərini çəkmək üçün az qala bir-birilə yarışa giriblər. //Oxu.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook