Türkiyədə bir dolların qiyməti 16 lirəni keçdi
							Dekabr 17
									
										11:13
										2021
									
								Türkiyə lirəsi ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edir. Bu gün səhər saatlarında birjalarda bir dolların qiyməti 16 lirə həddini keçib.
Trend-in "ForEx" göstəricilərinə istinadən məlumatına görə, son birja günü ərzində lirə dollara nəzərən 2 faizə yaxın ucuzlaşıb.
Hazırda birjalarda 1 ABŞ dolları 16,10 lirə ətrafında alınıb-satılır.

				
				
				
				
				
				

