Türkiyədə baş verən zəlzələ nəticəsində 4 nəfər öldü
Yanvar 25
00:27
2020
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Malatyada iki, Elazığda iki nəfər ölüb.
Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:
"Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".
Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı yerin 6.75 kilometr dərinliyində yerləşir. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.