SON XƏBƏR

Türkiyədə anti-terror əməliyyatları: 16 PKK-çı zərərsizləşdirilib

Fevral 08
18:28 2016
Türkiyə Silahları Qüvvələrinin Baş Qərargahı terrorçulara qarşı əməliyyatların davam etdiyini açıqlayıb.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə Silahları Qüvvələrinin rəsmi internet saytında yer alıb. Məlumatda bildirilir ki, Şırnakın Cizrə bölgəsində aparılan əməliyyatlarda 10 PKK-çı zərərsizləşdirilib.
 
Diyarbəkirin Sur bölgəsində isə 6 PKK-çının saxlanıldığı bildirilib. Verilən məlumata görə, ümumilikdə Cizrə və Sur bölgələrində 749 PKK-çı zərərsizləşdirilib. Əməliyyatlar zamanı çox sayda silah-sursat da ələ keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook