Türkiyədə 8 müəssisə karantinə alındı
Mart 10
09:40
2023
Türkiyədə heyvanlarda SAT-2 serotipli ayaq-ağız xəstəliyi ilə bağlı ilk yoluxma halı aşkar edilib.
Qlobal.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kənd və Meşə Təsərrüfatı Nazirliyi açıqlama verib.
"Ölkəmizdə əvvəllər rast gəlinməyən SAT-2 serotipli ayaq-ağız xəstəliyi ilə bağlı ilk yoluxma halı aşkar edilib və dərhal təcrid edilib. Təcili şəkildə bu serotipə qarşı peyvəndin istehsalı üzrə işlərə başlanılıb və bütün aidiyyəti qurumlara mövzu ilə bağlı xəbərdarlıq edilib.
Hazırda infeksiyanın müəyyən edildiyi 8 müəssisədə karantin də daxil olmaqla bütün tədbirlər görülüb. SAT-2 serotipinə qarşı peyvənd istehsal edilib və 9 mart 2023-cü il tarixindən etibarən istifadəyə hazır vəziyyətə gətirilib.
Milli Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər görülüb. Bütün ölkə ərazisində kəsim, idxal və ixrac məqsədli daşınmalar istisna olmaqla bütün heyvan daşınmaları (vilayət daxilində və xaricində) yaz peyvəndləmə kampaniyası müddətində dayandırılıb”, - deyə açıqlamada bildirilib.