Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
							Dekabr 06
									
										03:11
										2021
									
								Türkiyədə zəlzələ baş verib.
"Report”un məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Van əyalətinin Tuşba rayonunda yerli vaxtla saat 00:46-da, 4,9 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 7,62 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

				
				
				
				
				
				

