SON XƏBƏR

Türkiyədə 3 akademik saxlanıb

Mart 16
13:47 2016
Türkiyədə 3 akademik "terror təbliğatı”nda ittiham olunaraq saxlanıb.
 
Onlar ölkənin kürdlər yaşayan cənub-şərqində təhlükəsizlik əməliyyatlarına son verməyə çağırmışdılar.
 
Polis bir britaniyalını da məhkəməyə çağıraraq dindirib. Hökumət martın 13-də Ankarada 37 nəfərin ölümünə səbəb olmuş partlayışa görə PKK-nı günahlandırır. Ancaq hücuma görə məsuliyyəti götürən olmayıb. Yanvarda 2 mindən artıq akademik ölkənin cənub-şərqində hərbi əməliyyatları, fövqəladə vəziyyət elan olunmasını pisləyən müraciət imzalayıb.
 
Bu petisiya prezident Tayyip Erdogan-ı qəzəbləndirib, deyib ki, akademiklər "xəyanət”in bədəlini ödəyəcəklər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook