SON XƏBƏR

Türkiyədə 2035-ci ilə qədər baş verəcək hadisələr - VİDEO

May 01
10:27 2016
Yutub video portalında Türkiyə ilə bağlı maraqlı video yayılıb.
 
Axar.az xəbər verir ki, videoda Türkiyədə 2035-ci ilə qədər baş verməsi gözlənilən hadisələrdən bəhs olunur.
 
Türkiyə ilə bağlı proqnozları təqdim edirik:
 
2016-cı ilin sonuna qədər Türkiyə iqtisadiyyatında ciddi dəyişiklik baş verməyəcək.
 
2017-ci ildə xarici qüvvələr PKK-dan istifadə edərək, Türkiyədə xaos yaratmağa çalışacaq.
 
2018-ci ildə Türkiyədə silah istehsalı artacaq və xaricə vertolyot, PUA və digər silahlar satılacaq.
 
2019-cu ildə Türkiyədə prezident və parlament seçkiləri baş tutacaq. Türkiyədə hökumətin dəyişilməsi gözlənilmir.
 
2020-ci ildə ABŞ-ın planlarına görə, yeni enerji mərkəzləri Mərkəzi Asiya, Qafqaz və ərəb dünyası olacaq. Sözügedən bölgələrdə türklər var və ABŞ Türkiyə ilə strateji əməkdaşlıq etmək məcburiyyətində qalacaq. ABŞ ərəblərin könlünün alınmasına görə, İsraillə bağlı səssiz qalacaq. ABŞ ərəblərin könlünü almaq üçün Türkiyə ilə yaxınlaşacaq.
 
2020-ci ilə qədər Türkiyənin milli TAİ qırıcısının layihəsi və istehsal planı başa çatacaq.
 
Türkiyənin ilk milli döyüş gəmisi 2021-ci ildə dənizə buraxılacaq.
 
2022, 2023 və 2024-cü illər Türkiyənin inkişaf dövrü olacaq.
 
ABŞ kəşfiyyatının məlumatına görə, Türkiyədə 2025-2030-cu illərdə millətçilik və islam hakim olacaq. Türkiyənin beynəlxalq arenada supergüc olması gözlənilir. 

Ölkədə silahlanma artacaq və həmin vaxt digər ölkələrdə olduğu kimi, Türkiyədə də quraqlıq, qida çatışmazlığı olacaq. Bu illərdə Türkiyə kosmos gəmisi hazırlayacaq və kosmonavtlar yetişdirəcək.
 
2030-2035-ci illərdə kosmosa gəmi göndəriləcək və tədqiqatlar aparılacaq.

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook