SON XƏBƏR

Türkiyə yenə qarışdı: ölən var

Noyabr 09
15:42 2015
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhlükəsizlik qüvvələri ilə PKK-nın "Yurtsevər İnqilabçı Gənclik” hərəkatının qruplaşması arasında baş vermiş toqquşmalarda 1 nəfər həlak olub, 1 polis zabiti isə yaralanıb.
 
İğtişaşların Yenişəhər rayonuna da yayılması ilə əlaqədar təhlükəsizlik qüvvələri bir sıra yerlərdə giriş-çıxışı bağlayıb. İğtişaş törədənlərin saxlanılması üçün evlərdə reydlər təşkil olunub. Polisin keçirdiyi əməliyyatlara helikopterlər havadan dəstək olub.
 
Artıq iki gün davam edən toqquşmalarla əlaqədar yerli iş adamları ticarət obyektlərini, dükanlarını bağlamaq məcburiyyətində qalıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook