SON XƏBƏR

Türkiyə yaşayış icazələrinin verilməsi şərtlərini sərtləşdirib

Oktyabr 21
08:08 2023
Türkiyə hakimiyyəti alınması ölkədə yaşamaq icazəsi əldə etməyə imkan verən daşınmaz əmlakın minimum qiymətini artırıb.

Yeni qaydalara görə, Türkiyədə daşınmaz əmlaka sahib olmaq üçün yaşayış icazəsinin verilməsi yalnız onun dəyəri 200 min ABŞ dollarından az olmadıqda mümkündür. Bundan əlavə, sənədi əldə etmək üçün yalnız "tapu” - mənzilin dəyərinin qeyd olunduğu daşınmaz əmlaka sahib olmanı təsdiq edən sənəd nəzərə alınacaq. Bu halda kadastr qiymətləndirməsi tələb olunmayacaq.

Mənbələrdən verilən məlumata görə, yeni qaydalar 2023-cü il oktyabrın 16-dan sonra daşınmaz əmlak almış qeyri-rezidentlərə şamil ediləcək. Oktyabrın 16-dan əvvəl alınmış daşınmaz əmlak sahibləri üçün əvvəlki qaydalar tətbiq olunur: kiçik şəhərlərdə daşınmaz əmlakın minimum dəyəri 50 min ABŞ dolları, meqapolislərdə isə 75 min ABŞ dollarıdır. Bu halda həm "tapu”, həm də qiymətləndirmə sənədi tələb olunacaq.

Mənbə: snob.ru



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook