Türkiyə XİN Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib
Noyabr 08
10:48
2022
Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.
"İşğal altındakı torpaqlarını qəhrəmancasına verilən bir mücadilə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü təbrik edirik.
Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasına səbəb olub.



