Türkiyə XİN erməni terrorçunun milli qəhrəman səviyyəsinə qaldırılması haqda
May 07
15:04
2019
Türkiyə tərəfi erməni terrorçu Gurgen Yanikiyanın nəşinin Los-Ancelesdən gətirilib Yerevanda hərbi məzarlıqda təntənə ilə dəfn olunmasına kəskin etirazını ifadə edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Qeyd edək ki, Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar və onun müavini Bahadur Dəmir 1973-cü il oktyabrın 27-də erməni terrorçu Gurgen Yanikyan tərəfindən vəhşicəsinə qətlə yetiriliblər.