Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüş yeri və vaxtı
Yanvar 06
00:47
2022
Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan öz "Facebook" səhifəsində məlumat verib.
Daha əvvəl xəbər vermişdik ki, Ruben Rubinyan Ermənistan-Türkiyə dialoq prosesində Ermənistanın xüsusi nümayəndəsi olacaq. Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da ilk belə görüşün Moskvada keçirilə biləcəyini bildirmişdi.
Xatırladaq ki, Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıcı xüsusi nümayəndə, İrəvan isə parlament sədrinin müavini Ruben Rubinyanı təyin edib.