Türkiyə turizmi böhran yaşayır
Mart 21
11:36
2016
Türkiyənin turizm biznesi Rusiya ilə münaqişə və artan terror aktları ilə əlaqədar ciddi itkilərlə üzləşib. Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazıb.
Nəşrin məlumatına görə, 2016-cı ilin fevralında bu sahənin gəlirləri 19% azalıb, eləcə də yay ayları üçün qabaqcadan sifariş edilən göndərişlərin sayında 40%-lik azalma müşahidə olunur.
Türkiyə kurortlarında yüzlərlə otel və kiçik mehmanxana satlşa çıxarılıb.
"Biz belə qorxunc vəziyyəti təsəvvür etmirdik. Böyük böhranla üz-üzəyik və onun yayılma sahəsi hələ tam aydın deyil”, - üç ulduzlu otelini satmaq istəyən antalyalı iş adamı deyib.
Qeyd edək ki, Türkiyə ixracatının Rusiya ilə münaqişə və neft qiymətlərinin azalması nəticəsində 7 milyard dollar itirdiyi bildirilir.
Qlobal.az



