"Türkiyə tərəfindən Krım tatarlarına ən böyük dəstək Ərdoğan tərəfindən olunub" - Mustafa Krımoğlu

Aprel 24
11:19
2023
Türkiyə tərəfindən Krım tatarlarına ən böyük dəstək Rəcəb Tayyib Ərdoğan tərəfindən olunub.
Bunu "Report”un Şərqi Avropa bürosuna Ukraynanın xalq deputatı, Krım Tatar Milli Hərəkatının lideri Mustafa Cəmilev (Krımoğlu) bildirib.
"Bizim Türkiyəyə ilk ziyarətimiz zamanı ölkə lideri Turqut Özal idi. Həmin tarixdən sonra Türkiyənin bütün ölkə başçıları ilə görüşlərim olub. Onlar Krım tatarlarına əllərindən gələn dəstəyi göstəriblər. Ən böyük dəstəyi isə Rəcəb Tayyib Ərdoğanın lider olduğu dövrlərdə hiss etmişik. Onun Türkiyənin Baş naziri olduğu zaman verdiyi dəstəyin Krım tatar xalqına çox köməyi oldu. Prezident olandan sonra da bizim Ərdoğanla görüşlərimiz sıx xarakter alıb və indi də davam edir”.
Türkiyədə müxalifətdə olan siyasətçilərlə də münasibətlərinin pis olmadığını deyən Mustafa Cəmilev eyni zamanda onların parlament cümhuriyyəti ideyası ilə bağlı narahatlığını dilə gətirib: