SON XƏBƏR

Türkiyə “Tayfun” raketinin ikinci sınağını keçirib

May 23
13:07 2023
Türkiyə "Tayfun” qısamənzilli raketinin ikinci sınağını keçirib. "Report” "TRT Haber”ə istinadən xəbər verir ki, proses Rizə-Artvin hava limanı ərazisində baş tutub.

Məlumata görə, sınaq uğurla həyata keçib.

Bildirilib ki, belə test uçuşları adətən Sinopda həyata keçirilir. Hazırkı sınağın Rizədə baş tutması isə təsadüfi deyil. Çünki uçuşun Sinopda həyata keçirilməsi Türkiyənin Ukrayna və Rusiyanın hava sərhədlərini pozması deməkdir.

Qeyd edək ki, "Tayfun”un ilk sınaq uçuşu 2022-ci il oktyabrın 22-də həyata keçirilib.

Türkiyənin "Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.

Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook