Türkiyə Suriya ilə bağlı mühüm qərarlar verəcək
Sentyabr 27
15:09
2016
Türkiyə Baş Qərargahı növbəti aylarda Suriyada yaranmış vəziyyətlə bağlı mühüm qərarlar qəbul edəcək. Bu, ya Suriyada əməliyyatların davamı etməsi, ya tədricən azalması istiqamətində olacaq. Birinci müəyyən risklərlə şərtlənir. İkincinin isə hansı şəkildə baş verəcəyi hələ məlum deyil.
Bu barədə Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə danışıb. Ekspertə görə, hazırda Suriyada davam edən hərbi əməliyyatların məhsuldarlığı üçün Türkiyəyə güclü dəstəyin verilməsi vacibdir:
"Ankara sanki bu bölgədə təklənib. Əlbəttə ki, Türkiyənin Suriyada öz məqsədlərinə nail olması üçün daxildən və xaricdən dəstək mütləqdir. Daxildən dəstəyi Türkiyə daha çox Suriya müxalifətindən gözləyir. Hadisələr göstərir ki, müxalifətin başı öz problemlərinə qarışıb. Xaricdən isə Ankara ən güclü dəstəyi Vaşinqtondan gözləyir. Ancaq açıq şəkildə Amerikanın Suriyada apardığı əməliyyatlarda Türkiyənin mövqeyi bir o qədər nəzərə alınmır. Belə bir qarışıq və bulanıq bataqlıq vəziyyətində Suriyada irəliləyiş çox çətin görünür. Ona görə də Türkiyə hədəflərinə çata bilmir. Çıxış yolu tərəflərin öz aralarında müəyyən şərtlərdən ibarət qaydalar müəyyən etməsidir. Son atəşkəs, əslində, Suriyada vahid oyun qaydalarına ümid yaradırdı. Ancaq müxtəlif tərəflər, xüsusən də Suriya hakimiyyəti bu qaydaları pozurlar. Bu kontekstdə Türkiyəyə Suriya konfliktinin bundan sonra ən mürəkkəb mərhələsinə hazırlaşmaq qalır. Türkiyə qarşıda Suriyada uzunmüddətli əməliyyatların keçirilməsi perspektivi üfüqündədir”.

Qlobal.az