“Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq” - Dövlət Baxçalı
Sentyabr 19
09:28
2022
"Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq”.
"Report” xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.
"Qarabağda təxribat törədən, qardaşlarımızın qanını tökən qatillər türkün əzəmətinə qarşı dura bilməzlər. Qarabağ Azərbaycandır, Qarabağ ata yadigarıdır. Qarabağ türk yurdudur”, - Milliyyətçi Hərəkat Partiyasının sədri vurğulayıb.
"Can qardaşlarımız nə vaxt və harda istəsələr, polad bilək olacağıq eyni mövqedə ətdən divar çəkəcəyik. Ankara ilə Bakının taleyi eynidir. Türkü türkdən ayıracaq nə bir sərhəd, nə bir maneə var. Biz bir millət, iki dövlətik, vücudumuz ayrı olsa da, ruhumuz birdir.



