Türkiyə Somalidən aldığı Sevakin adasından bu məqsədlə istifadə edəcək
Dekabr 27
15:45
2017
Türkiyə Qətər və Somalidəki hərbi bazalarından sonra Sudanın Sevakin adasında da hərbi baza yaradacaq.
Avropa.info xəbər verir ki, Sudan xarici işlər naziri İbrahim Qandur Osmanlı imperiyasına məxsus bu ada ilə bağlı açıqlama verərək, Türkiyənin Qırmızı dəniz sahilindəki bu liman şəhərini yenidən təmir edəcəyini, mülki və hərbi gəmilərin təmiri üçün körpü inşa edəcəyini bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ada ilə bağlı Sudan hökuməti ilə razılaşaraq 650 milyon dollarlıq müqavilə imzalamışdı.
Sevakin təkcə Osmanlı mirası kimi deyil, həm də strateji cəhətdən çox vacib əhəmiyyətə malik adanın qarşı sahil istiqamətində Məkkə şəhəri yerləşir.
Qətərdə hərbi bazası, Somalidə Anadolu kazarması olan Türkiyə hərbi hissələrinə mütəmadi şəkildə təchizat daşıyır.