Türkiyə səfirliklərində "cüzdan" əməliyyatı
Avqust 03
12:00
2016
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Fətullah Gülənlə əlaqəli meydana çıxan məlumatlardan biri də "Hizmet" təşkilatına üzv olan şəxslərin üzərlərində 1 dollar daşımasıdır.
Dövlət çevrilişi ərəfəsində həbs olunan generalların və digər şəxslərin pul qablarında 1 dollarlıq əskinaslar aşkarlanandan sonra bu məsələ daha ciddi formada gündəmə gəldi.
Türkiyənin Habertürk qəzetinin yazarı Müslim Sarıyarın xəbərinə görə, 1 dollarlıq banknotlar əvvəlcə Fətullah Gülən tərəfindən oxunub uflənir, sonra isə üzvlərə paylanır. 1 dolların F seriyası təşkilatda Gülənə ən yaxın insanlara verilir.
Qlobal.az-ın əldə etdiyi məlumatlara görə, Türkiyə dövləti Avropada olan səfirliklərində gizli olaraq "1 dollar" əməliyyatına başlayıb. Məlumata görə, Türkiyənin Avropa və bəzi Asiya dövlətlərində olan səfirliklərində dünən eyni vaxtda işçilər bir yerə toplanılaraq pulqabları müsadirə olunub. Xəbərə görə, FETÖ-nün üzvləri olan insanların üzərlərindəki bir dollarlıqların seriya nömrələri onların gizli mənsub olduqları səlahiyyəti ehtiva edir.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyində bu cür əməliyyatın keçirilib- keçirilmədiyi dəqiqləşdirməkdən ötrü səfirlik ilə əlaqə saxlamağa çalışdıq. Ancaq səfirlik tətildə olduğu üçün münasibət öyrənə bilmədik.
Qlobal.az



