Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
İyun 15
09:36
2021
Türkiyənin Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı özünün tvitterdəki səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
"Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmaqla qardaş Azərbaycanımızın suverenliyini xilas etdiyi bu özəl gün münasibətilə hər birinizi təbrik edir, can Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirəm".



