Türkiyə Qara dənizdə gəmilərə hücumları qəbuledilməz adlandırıb
Dekabr 03
08:43
2025
Türkiyə yaxınlığında gəmilərə hücumlar qəti şəkildə qəbuledilməzdir və Qara dənizdə gəmiçilik üçün təhlükə yaradır.
"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik "Habertürk" telekanalına bildirib.
O əlavə edib ki, Qara dənizdə logistikanın pozulması riski səbəbindən Türkiyə bu məsələni bütün tərəflərlə müzakirə edir.



