Türkiyə prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək
Sentyabr 09
10:08
2021
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təyin olunub.



