SON XƏBƏR

Türkiyə polisi İspaniyada əməliyyat keçirib - Beynəlxalq narkokartel zərərsizləşdirilib

İyun 26
10:28 2024
Türkiyə polisinin İspaniyada keçirdiyi xüsusi əməliyyat nəticəsində beynəlxalq narkokartel zərərsizləşdirilib, cinayətkar şəbəkənin lideri tutulub.

"Report” "Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, İspaniyada Narkotiklərlə Mübarizə İdarəsinin iştirakı ilə "ARGAY” şərti ad altında əməliyyat keçirilib:

"Beynəlxalq narkotik karteli məhv edilib. Şəbəkənin rəhbəri, Emre Karaca kimi tanınan, Türkiyənin beynəlxalq axtarışa verdiyi Kərim Dağlıoğlu tutulub”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook