"Türkiyə "Patriot" sisteminin əldə edilməsi prosesini dayandırıb" - İsmayıl Dəmir
Mart 14
13:41
2022
"Türkiyə ABŞ istehsalı olan "Patriot” zenit-raket kompleksini əldə etmək imkanlarını nəzərdən keçirməyi dayandırıb".
"Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi idarəsinin başçısı İsmayı Dəmir bildirib.
"Hazırda "Patriot” zenit-raket kompleksi üzrə məsələ müzakirə olunmur. Bu səhifə müdafiə sənayesi kompleksimizin baxışından bizim üçün bağlanıb”, - deyə o qeyd edib.
İsmayıl Dəmir vurğulayıb ki, "S-400” kompleksi ilə bağlı müqavilənin icrasında Ankara ilə Moskva arasında heç bir problem yoxdur.



