SON XƏBƏR

Türkiyə parlamentində çıxışı zamanı yıxılan deputat öldü

Dekabr 14
14:40 2023
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, müxalif Səadət Partiyasının üzvü Hasan Bitmez vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Bildirilib ki, bütün cəhdlərə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, H.Bitmez dünən parlamentdə çıxışı zamanı qəfil yıxılıb və huşunu itirib.

Xatırladaq ki, o, 1969-cu ildə Giresundə anadan olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook