SON XƏBƏR

Türkiyə parlamentində andiçmə böhranı

Noyabr 18
18:56 2015
Türkiyə Böyük Millət Məclisi 26-cı dövr açılışında and üçün kürsüyə çıxan PKK dəstəkçisi HDP-nin Ağrıdan olan deputatı Leyla Zana, 24 il əvvəl olduğu kimi, yenə böhran çıxarıb.
 
Zana and mətnindəki ‘Böyük Türk milləti qarşısında namusum və şərəfim üzərinə and içirəm’ yerinə ‘Böyük Türkiyə milləti qarşısında namusum və şərəfim üzərinə and içirəm’ deyib.
 
Bunun üzərinə TBMM-nin müvəqqəti sədri Dəniz Baykal Leyla Zananın andının bu təhrifə görə qəbul edilmədiyini bildirdi və ondan təkrar and içməsini istəyib. Lakin Leyla Zana bundan imtina etdi və təkrar and içməyib.
 
Leyla Zana 1991-ci ildə deputatların andiçmə mərasimi zamanı kürsüdən ilk dəfə kürtcə bir cümlə işlətmişdi və bu, Məclisdə böhrana çevrilmişdi. Zana budəfəki mərasimdə də and mətnini oxumazdan öncə kürtcə danışaraq, "Qalıcı və şərəfli bir sülh ümidi ilə” deyib.
 
Zana TBMM-dəki andını "Türk milləti qarşısında namusum və şərəfim üzərinə and içirəm” demək yerinə "Türkiyə milləti qarşısında namusum və şərəfim üzərinə and içirəm” şəklində bitirib.
 
Baykal onu dərhal təkrar and içməyə dəvət edib. Ancaq Zana geriyə baxmadan salondan çıxıb. Baykal da bunun üzərinə deputat andı mətninin olduğu kimi oxunması lazım olduğunu söyləyib. 24 il sonra and böhranı ilə təkrar gündəmə gələn Leyla Zana yenidən and etməyəcəyini açıqlayıb.
 
Zana andını doğru şəkildə tekrarlamazsa, millət vəkili olaraq kürsüyə çıxa bilməyəcək.
 
Azadlıq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook