Türkiyə Paris İqlim Sazişinə qoşulur
Noyabr 10
00:19
2021
Türkiyə Yer kürəsində havanın temperaturunun 1,5 dərəcədən çox yüksəlməsini məhdudlaşdırmağı hədəfləyən Paris İqlim Sazişinə rəsmən qoşulacaq. "Report" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Oktyabrın 6-da saziş Türkiyə parlamentində təsdiqlənib. Türkiyə Paris sazişinin ratifikasiyası barədə oktyabrın 11-də BMT katibliyinə məlumat verib və prosedura uyğun olaraq ondan sonrakı 30-cu gündə, yəni noyabrın 10-da bu sənəddən irəli gələn beynəlxalq öhdəlikləri rəsmən üzərinə götürəcək.
Ankara razılaşmanın 192-ci tərəfi olacaq.
Paris Sazişinin qüvvəyə minməsi planetdə havanın temperaturunun yüksəlməsini məhdudlaşdırmaq kimi qlobal məqsədə uyğun olaraq Türkiyədə dövlət siyasətinin və qanunvericiliyin tənzimlənməsini təmin edəcək hüquqi mühit yaradır.



