Türkiyə Müdafiə Nazirliyi Laçındakı birgə təlimlərlə bağlı məlumat yayıb
Sentyabr 07
12:30
2021
Qədim və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət!" anlayışı ilə bir yumruq olmağa davam edir.
"Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları sentyabrın 6-dan Laçında "Birgə Komando Əməliyyatı" təlimi keçirir. Təlimlər sentyabrın 10-dək davam edəcək", - nazirlikdən bildirilib.
Qeyd edək ki, sentyabrın 6-da Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.



