Türkiyə kosmos bazası tikir: Niyə Somali seçildi?
Dekabr 20
10:28
2024
Türkiyə Somali ərazisində kosmos bazası tikintisinə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Somali prezidenti Həsən Şeyx Mahmud layihənin ölkəyə iş və gəlir gətirəcəyini vurğulayıb.
Xəbərdə qeyd olunur ki, bu layihə həm Türkiyənin raket test proqramını inkişaf etdirmək, həm də Somali iqtisadiyyatını canlandırmaq məqsədini güdür.
"Türk peykləri üçün buraxılış rampasına ev sahibliyi etmək, milyardlarla dollar və yaratdığı imkanlardan daha önəmlidir, deyə Həsən Şeyx Mahmud bildirib.
Mütəxəssislər isə Somali ərazisinin strateji mövqeyinə diqqət çəkərək onun əhəmiyyətini xüsusi vurğulayıblar.
"Bloomberg"ə açıqlama verən Somali prezidenti Həsən Şeyx Mahmud ölkəsinin Hind okeanında strateji mövqeyə sahib olduğunu bildirərək, bu mövqenin kosmik buraxılışlar zamanı mümkün qəzaların qarşısını almaq baxımından ideal olduğunu qeyd edib. "Bu layihə təkcə iqtisadi gəlir deyil, həm də Somali üçün mühüm imkanlar yaradacaq".
Türkiyə ilə Somali arasında enerji, infrastruktur, müdafiə və kosmos sahələrində əməkdaşlıq qlobal səviyyədə mühüm nümunə kimi göstərilir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki ölkə arasındakı əlaqələr genişlənərək Somali Afrikada inkişaf edən ölkələr arasında yerini möhkəmləndirib, Türkiyə isə qitədə əsas oyun quruculardan biri kimi tanınıb.
Somalinin ekvatora yaxın mövqeyi onu kosmosa buraxılışlar üçün ən uyğun nöqtələrdən biri edir. Mütəxəssislər qeyd edirlər ki, bu ərazidə uzun mənzilli raketlər Hind okeanına doğru sınaqdan keçirilə biləcək. Bununla yanaşı, Türkiyənin tikdiyi baza, kosmik raketlərin buraxılışı üçün strateji bir kosmos limanı rolunu oynayacaq.
Mütəxəssislər əlavə edirlər ki, "Göktürk-2" kimi peykləri şimal və ya cənub istiqamətində buraxmaq mümkündür, lakin "Türksat" kimi peykləri fırlatmaq üçün ekvatora yaxın mövqedə baza lazımdır. Somali buraxılışların orbit mexanikasının tələblərinə uyğun həyata keçirilməsi üçün ideal bir ərazidir.