Türkiyə kəşfiyyatı Suriyada PKK-nın məsul şəxslərindən birini zərərsizləşdirib

Fevral 03
11:51
2025
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyat tədbirlərini davam etdirir.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, PKK/YPG terror təşkilatının Ayn Əl Ərəb (Kobani) şəhərindəki liderlərindən sayılan informasiya məsələləri üzrə məsul şəxsi Mahmud Ağca öldürülüb.